Pittsburgh Steelersin ev stadionu olan Acrisure Stadiumun açılışından 25 il sonra bəzi oturacaqlar yenilənmə prossesinə daxil olub. Stadionun köhnə oturacaqları isə artıq azad satışa çıxarılıb.

WPXI xəbər agentliyinin məlumatına görə, ümumilikdə 22 min oturacaq Yuxarı Səviyyə Şərq, Yuxarı Səviyyə Qərb və Şimal Klub hissələrindən satışa təqdim olunub. Tək bir oturacağın qiyməti 399 dollar təşkil edir. Cüt oturacaqlar isə 599 dollara satılır.

Daha ucuz variant axtaranlar üçün oturacaqların arxası 199 dollara, dib hissəsi isə 149 dollara təklif olunur. Stadionda əsasən sarı və boz rəngli oturacaqlar mövcuddur. Bununla yanaşı, stadionda qara rəngli oturacaqların da sayı artırılır ki, bu da gözləri yoran sarı rəngin təsirini yumşaldır.

Acrisure Stadium 2001-ci ildə, keçmişdə Steelers və Pirates komandalarının istifadə etdiyi çox məqsədli Three Rivers Stadiumun yerində inşa edilmişdir.