Google, Translat xidmətinə yeni bir AI-əsaslı xüsusiyyət əlavə etdi. Bu yenilik, istifadəçilərə yeni dildə danışmağı öyrənərkən tələffüzlərini təkmilləşdirməyə və düzəltməyə kömək edir.
“Tələffüz təcrübəsi” adlanan bu alət, istifadəçinin nitqini analiz edir və həmin dildə söhbətə başlamazdan əvvəl dərhal geri bildirim göstərir. Bu xüsusiyyət, istifadəçinin tələffüzünü necə yaxşılaşdıracağını göstərir.
Bu yenilik, Duolingo dil öyrənmə tətbiqində mövcud olan tələffüz xüsusiyyətlərinə bənzəyir. Hazırda bu xüsusiyyət yalnız Android istifadəçiləri üçün ABŞ və Hindistanda ingilis, ispan və hind dillərində mövcuddur.
Google, bu xüsusiyyətin digər ölkələrdə və ya iOS platformasında istifadəyə verilib-verilməyəcəyi barədə heç bir məlumat açıqlamadı.