Apple TV-də böyük yenilik: "Ted Lasso" 4-cü mövsümün çıxış tarixi məlum oldu
"Ted Lasso" serialının dördüncü mövsümü avqustun 5-də ekranlara çıxacaq. Apple TV tərəfindən açıqlanan bu xəbərdən sonra fanatlar böyük həyəcanla serialın yeni seriyalarını hər çərşənbə axşamı izləyəcəklər. Mövsümün son seriyası isə oktyabrın 7-də yayımlanacaq.
Serialın əvvəlki üç mövsümü 2023-cü ildə yekunlaşmışdı. Lakin Apple, böyük uğur qazanan bu serialı yenidən ekranlara qaytarmaq qərarına gəldi. Jason Sudeikis, Brendan Hunt, Hannah Waddingham, Juno Temple, Brett Goldstein və Jeremy Swift seriala yenidən qoşulacaq.
Bu dəfə diqqət mərkəzində qadın futbol komandası
Dördüncü mövsümdə Ted və Beard, Riçmondun ikinci divizionda çıxış edən qadın futbol komandasının məşqçiliyini öz öhdələrinə götürürlər. Bu dəyişikliklə seriala yeni aktyorlar da qoşulacaq. Məşhur aktrisalar Tanya Reynolds və Faye Marsay da yeni heyətin üzvləri arasında yer alacaq.
Yeni prodüser və dəyişikliklər
Serialın prodüseri dəyişib. Əvvəllər "Last Man Standing" serialını yaradan Jack Burditt, indi "Ted Lasso"nun icraçı prodüseri təyin edilib. Burditt həmçinin "Frasier", "30 Rock" və "Unbreakable Kimmy Schmidt" seriallarında da çalışıb.
Serialın treyleri də təqdim edilib. Lakin treyldə çox sayda çəkilişlərdə iştirak edən Tracy Ullman haqqında heç bir məlumat verilməyib. Bu da fanatlar arasında sual doğurub.
"Ted Lasso" serialı, komediya və dram elementlərini uğurla birləşdirən nadir seriallardan biri olaraq tanınır. Serialın dördüncü mövsümündə də izləyiciləri yenidən ekran başına çəkəcəyi gözlənilir.