NFL-də uzun illər köməkçi məşqçi olaraq fəaliyyət göstərən Tom Moore karyerasını bitirməyib. 87 yaşlı məşqçi karyerasının yenidən İova Universitetinə qayıdacağını açıqladı. Scott Dochterman (The Athletic) vasitəsilə məlum olan bu xəbərə görə, Moore, universitetdə baş məşqçinin baş məsləhətçisi və hücum üzrə məsləhətçi vəzifəsində çalışacaq.

Moore, 1958-1960-cı illərdə İova Universitetində kvartbek mövqeyində çıxış edib. Həmçinin, 1961-1962-ci illərdə həmin universitetdə məşqçi karyerasına başlayıb. İovadan ayrıldıqdan sonra isə məşqçi karyerasına Dayton, Veyk Forest, Corciya Tex, Minnesota, WFL liqasının Nyu-York Stars komandalarında davam edib.

1977-ci ildə isə NFL-də köməkçi məşqçi kimi fəaliyyətə başlayıb. Moore, karyerası boyunca müxtəlif komandalarda çalışıb: 13 mövsüm Pittsburq Stillerz, 4 mövsüm Minnesota Vikinqs, 3 mövsüm Detroyt Lions, 1 mövsüm Nyu-Orlean Sents, 1998-ci ildə isə Kolts komandasına qoşulub. Koltsda Peyton Manningin karyerasının ilk 11 ilində hücum koordinatori vəzifəsində çalışıb.

2009-2010-cu illərdə isə baş məsləhətçi vəzifəsini icra edib. Daha sonra Nyu-York Cets, Tennessi Titans və Arizona Kardinals komandalarında fəaliyyət göstərib. 2018-ci ildə fasilə verdikdən sonra isə 2019-2025-ci illərdə Tampa Bay Buccaneers komandasında hücum üzrə məsləhətçi olaraq çalışıb.

Karyerası boyunca dörd dəfə Super Bowl çempionu olub: İki dəfə Pittsburq Stillerz (1978, 1979), bir dəfə Kolts (2006) və bir dəfə Tampa Bay Buccaneers (2020) ilə. İndi isə, karyerasının ilk addımlarını atdığı İova Universitetinə 64 il sonra qayıdır və karyerasını yenidən davam etdirir.