ABŞ-nin keçmiş NASA administratoru Jim Bridenstine bu həftə Marylanddə yerləşən və "qabaqcıl manevr qabiliyyətli kosmik aparatlar" istehsal edən Quantum Space şirkətinin baş icraçı direktoru təyin edildi.

Bridenstine, 2018-ci ildə NASA rəhbəri təyin olunmazdan əvvəl ABŞ Hərbi Dəniz Aviasiya korpusunda pilot kimi xidmət etmiş, ardınca Oklahomadan üç dəfə ABŞ Konqresinin Nümayəndələr Palatasında deputat seçilmişdir. Konqresdə olduğu müddətdə isə Müdafiə Xidmətləri Komitəsində fəaliyyət göstərmişdir.

NASA administrasiyasından beş il sonra Bridenstine yenidən hərbi sahəyə qayıdır. Bu dəfə isə o, milli təhlükəsizlik kosmosunda fəaliyyət göstərən Quantum Space şirkətinə rəhbərlik edəcək.

Şirkətin rəhbərliyi ilə müsahibəsində Bridenstine, "Milli təhlükəsizlik kosmosu bizim üçün prioritetdir" ifadələrini istifadə etmişdir.