Amerika Rejissorlar Gildiyası (DGA) Milli İcraçı Direktoru Rassel Hollanderin müqaviləsini 2029-cu il sonuna qədər uzadıb.
Hollander 2001-ci ildən DGA-nın üzvüdür. O, əvvəlcə icraçı direktor müavini vəzifəsində çalışıb, 2002-ci ildə Şərq bölgəsi üzrə icraçı direktor, 2011-ci ildə isə Milli İcraçı Direktor müavini və Şərq bölgəsi üzrə icraçı direktor vəzifəsinə təyin edilib. 2017-ci ildən etibarən isə Milli İcraçı Direktor vəzifəsini icra edir.
Son doqquz ildə Hollander DGA-nı COVID-19 pandemiyası dövründə idarə edib. O, 2020-ci ilin payızında istehsallar tədricən bərpa olunarkən sənayeyə qayıdış protokollarının hazırlanmasında aparıcı rol oynayıb. 2020 və 2023-cü illərdəki müqavilə münasibətlərində Gildiyanın baş danışıqçısı olmuş Hollander, bu ilin mayın 11-də başlayacaq danışıqlar zamanı da eyni rolu icra edəcək.
"On illik fəaliyyəti dövründə Rassel Gildiyamızın və onun üzvlərinin maraqlarını qoruyub, sənayemizdəki böyük dəyişikliklərə qarşı dayanıqlı dayanıb. Pandemiya, tətilər və istehsalın qlobal daralması dövründə o, həmişə üzvlərimizin maraqlarını prioritet hesab edib. Mən, keçmiş prezidentlər və Milli Şurala rəhbərlik edənlərlə birlikdə onun bu xidmətlərinə minnətdarlıq edirik."
Kristofer Nolan, DGA prezidenti
Harvard Hüquq Məktəbinin məzunu olan Hollander, DGA-yə qoşulmazdan əvvəl Kohen, Veyss və Saymon LLP əmək hüququ firmasında tərəfdaş olaraq fəaliyyət göstərib. O, həmkarlar ittifaqlarının və əməkçilərin sosial təminat planlarının təmsilçisi olub.
"Şuranın mənim fəaliyyətimə olan etimadına görə fəxr edirəm, xüsusilə də böyük dəyişikliklər dövründə. Gildiyamızın əsas missiyası üzvlərimizin yaradıcılıq və iqtisadi hüquqlarını qorumaqdır. Uzun müddətdir davam edən uğurumuzun sirlərindən biri də seçilmiş liderlərimizlə peşəkar heyətimizin sıx əməkdaşlığıdır. İşçilərin hüquqlarının müdafiəsi üçün güclü tərəfdarlar lazım olduğu bu dövrdə, mənim üçün böyük şərəfdir ki, bu missiyaya və xidmət etdiyim üzvlərimizə özümü həsr edirəm."
Rassel Hollander, Milli İcraçı Direktor