Roblox-un gündəlik aktiv istifadəçilərinin sayı keçən kvartalda da azalmağa davam etdi. Bu, əsasən platformda həyata keçirilən yaş yoxlaması tədbirlərinin nəticəsi olaraq qeydə alınıb.

Şirkətin son maliyyə hesabatına əsasən, cari dövrdə Roblox-un dünyada gündəlik aktiv istifadəçilərinin sayı 132 milyona enib. Bu rəqəm keçən ilin sonunda qeydə alınan 144 milyondan, 2025-ci ilin üçüncü rübündə qeydə alınan 152 milyondan isə daha aşağı səviyyədədir.

ABŞ və Kanada ərazisində aktiv istifadəçilərin sayı əvvəlki kvartala nisbətən 1 milyon azalıb. Bununla belə, Roblox-un gəliri hələ də artaraq $1.4 milyard həcmində qeydə alınıb.

Roblox şirkəti, birinci rübdəki böyümənin yaş yoxlaması xüsusiyyətlərinin tətbiqi səbəbindən "gözləniləndən çox başa gələn çətinliklər" nəticəsində "yavaşladığını" bildirib. Həmçinin, 2025-ci ilin dekabr ayında Rusiyada tətbiq edilən qadağa da istifadəçi sayının azalmasında təsir göstərmişdir.

Mənbə: The Verge