ABŞ prezidenti Donald Tramp bu həftə növbəti Artemis missiyası çərçivəsində fəza səyahətinə çıxmaq istədiyini bildirdi. The View verilişinin aparıcısı Whoopi Goldberg isə bu təklifə tərəfdar çıxdı — lakin Trampı fəzanın dərinliklərində qoymaq şərti ilə.
Cümə axşamı yayımlanan verilişdə ABC aparıcıları Artemis II ekipajının təhlükəsiz şəkildə Yer kürəsinə qayıtmasını müzakirə etdilər. Missiyanın ümumi olaraq ümid və heyranlıq doğurduğunu qeyd edən aparıcılar Trampın reaksiyasından isə razı qalmadılar. Tramp öz növbəsində fəzanın öhdəsindən asanlıqla gələ biləcəyini iddia etdi.
Whoopi Goldberg bu sözlərə cavab olaraq:
"Səni orada qoysalar, gedə bilərsən. Ayda rover ilə gəzə bilərsən, amma sənə STEM sahəsində magistr dərəcəsi lazım olduğu üçün sən həqiqətən də uyğun gəlməyəcəksən. Sənin heç bir magistr dərəcən yox."
Sunny Hostin aparıcıları xatırladaraq bildirdi ki, Trampın keçmiş müəllimi prezidenti öz sinfində oxuduğu ən axmaq tələbələrdən biri adlandırmışdı. Joy Behar isə Trampın bir neçə dəfə hərbi xidmətdən yayınmasını qeyd etdi. Lakin Behar Trampın fəza səyahətinə çıxması fikrinə də tərəfdar çıxdı və ona müşayiət edəcək şəxsləri də təklif etdi:
- "Vens və Mayk Consonu da götür. Mən eşitdim ki, bu vaxtlar Yupiter çox gözəldir. Ay çox uzaqda deyil, amma Yupiter daha uzaqdadır!"
Behar həmçinin fəza səyahətinə çıxmaq üçün lazım olan kask haqqında da danışdı və Trampın bu səbəbdən heç vaxt fəza səyahətinə çıxa bilməyəcəyini qeyd etdi:
"Kask onun saçlarını pozacaq. Ona görə də heç vaxt."
The View verilişinin efir vaxtı həftəiçi hər gün saat 11:00-də ABC kanalında yayımlanır.