ABŞ Konqresində çıxış edən Böyük Britaniyanın kralı III Charles, prezident Donald Trumpın qarşı çıxdığı mövzulara toxundu. Çıxışında Magna Carta sənədinin ABŞ qanun sistemindəki rolundan və NATO-nun müdafiə funksiyasından danışdı.
Kral Charles çıxışında Magna Carta haqqında danışaraq, bu sənədin ABŞ Ali Məhkəməsi tərəfindən 1789-cu ildən bəri ən azı 160 dəfə istinad olunduğunu qeyd etdi. O, bu sənədin icra hakimiyyətinə məhdudiyyətlər gətirdiyini vurğuladı:
"ABŞ Ali Məhkəməsi Tarixi Cəmiyyəti tərəfindən aparılan hesablamalara görə, Magna Carta 1789-cu ildən bəri ən azı 160 dəfə Ali Məhkəmə qərarlarında istinad edilmişdir. Bu sənəd icra hakimiyyətinin nəzarət və tarazlıq prinsipinin əsasını qoymuşdur."
Demokratlar bu bəyanata dərhal alqışlayarkən, respublikaçılar gecikməli reaksiya göstərdi. Bu ifadələrin prezident Trumpa istinad olduğu qeyd edildi, çünki o, prezidentlik səlahiyyətlərini genişləndirməyə çalışmış və konservativ məhkəmə üzvlərinin dəstəyi ilə Konqresi məhəl qoymamışdı.
Kral Charles çıxışında həm də xristianlığın müxtəlif dinlərlə əlaqəsinə toxunaraq, bu mövzunun prezident üçün yad olduğunu qeyd etdi:
"Xristian dini bizə şəxsi həyatımızda dayaq olmaqla yanaşı, həm də toplum olaraq birgə həyatımızı da istiqamətləndirir. Mənim həyatımın böyük bir hissəsi müxtəlif dinlər arasında anlaşmanı təmin etmək üçün sərf olunmuşdur. Bu mənim işığın qaranlıq üzərində qələbəsinə olan inanclarımı daha da möhkəmləndirir."
Kralın ən böyük alqış aldığı mövzulardan biri isə NATO-nun müdafiə roluna həsr olunmuş hissə oldu. O, NATO-nun 11 sentyabr hücumlarından sonra ilk dəfə olaraq 5-ci maddəsini tətbiq etməsini və Ukraynanın müdafiəsində bu təşkilatın rolunu vurğuladı:
"9 sentyabr hücumlarından sonra NATO ilk dəfə olaraq 5-ci maddəsini tətbiq etdi və BMT Təhlükəsizlik Şurası terrora qarşı birləşdi. Biz bir əsrdən çoxdur ki, birgə şəkildə — İkinci Dünya Müharibəsindən, Soyuq Müharibədən, Əfqanıstandan və digər vacib anlarda — birgə dayandıq. Cənab Sədrlər, bu gün də həmin qətiyyət Ukraynanın və onun cəsur xalqının müdafiəsi üçün lazımdır."