Məşhur rejissor Kristofer Nolan “Odisseya” filminin uzunluğunun “Oppenheymer”dən daha qısa olacağını açıqladı. Associated Press ilə müsahibəsində danışan Nolan, yeni layihəsinin uzunluğunun sonuncu filmi qədər olmayacağını, lakin böyük miqyasda çəkiləcəyini qeyd etdi.

“Bu, mövzunun tələb etdiyi kimi epik bir filmdir,” – deyə Nolan bildirdi. “Amma qısadır.”

Oppenheymer”dən fərqli olaraq, “Odisseya”nın daha qısa olmasına baxmayaraq, rejissor tamaşaçılara möhtəşəm bir təcrübə yaşatacağını vurğuladı. Nolan, həmçinin layihəyə olan böyük məsuliyyətin altını çəkdi:

“Hər kəs ‘Odisseya’ mövzusuna əl atanda, bu, hər yerdə epik filmlər üçün ümumi ümid və arzularla bağlıdır. Bu, böyük məsuliyyətlə bağlıdır. ‘Qaranlıq Cəngavər’ trilogiyasından öyrəndiyim odur ki, sevilən bir hekayədən, sevilən personajlardan bəhs edən filmlərdə tamaşaçılar möhkəm və səmimi bir təfsir istəyirlər. Rejissorun bunun üçün bütün varını ortaya qoyduğunu görmək istəyirlər. Mən də mümkün olan ən yaxşı filmi yaratmaq üçün çalışdım.”

Nolanın 12 filminin çəkilmə vaxtları aşağıdakı kimidir:

  • “Following” (1998) – 1 saat 9 dəqiqə
  • “Memento” (2000) – 1 saat 53 dəqiqə
  • “Insomnia” (2002) – 1 saat 58 dəqiqə
  • “Batman Begins” (2005) – 2 saat 20 dəqiqə
  • “The Prestige” (2006) – 2 saat 10 dəqiqə
  • “The Dark Knight” (2008) – 2 saat 32 dəqiqə
  • “Inception” (2010) – 2 saat 28 dəqiqə
  • “The Dark Knight Rises” (2012) – 2 saat 44 dəqiqə
  • “Interstellar” (2014) – 2 saat 49 dəqiqə
  • “Dunkirk” (2017) – 1 saat 46 dəqiqə
  • “Tenet” (2020) – 2 saat 30 dəqiqə
  • “Oppenheimer” (2023) – 3 saat

“Odisseya” uzunluğundan asılı olmayaraq kino tarixində böyük iz qoyacaq layihədir. Film, müxtəlif kamera növləri və formatları arasında keçid etmədən, tamamilə IMAX kameraları ilə çəkilən ilk film olacaq. Nolan, həmçinin aprel ayında CinemaCon-da göstərdiyi qısa kadrla layihənin miqyasını daha da artırdı.

O vaxt Nolan iştirakçılara belə demişdi:

“‘Odisseya’ 3000 ildir nəsildən-nəsilə heyranlıq doğuran bir hekayədir. Bu sadəcə bir hekayə deyil, heykayələr içində hekayədir. Bu, ailə haqqında bir hekayədir. Bu, atanın evinə qayıtmaq üçün çətin yol keçdiyi bir hekayədir. Bu, həm də krallığını geri almaq, 20 ildir yoxluğunda ölkəni idarə edən həyat yoldaşını xilas etmək, həmçinin artıq düşmən olan dünyada oğlunu qorumaq üçün mübarizə aparan bir ananın hekayəsidir.”
Mənbə: The Wrap