Kristofer Nolanın yeni epik filmi “Odisseya” haqqında məlumatlar tədricən açıqlanır. Məşhur rejissorun sonuncu filmi “Oppenheymer” (2023) Akademiya Mükafatına layiq görülmüşdü. “Odisseya” isə Homerin eyniadlı qədim yunan poemasından ilhamlanaraq çəkilir.
Filmin treyleri keçən həftə “The Late Show with Stephen Colbert” verilişində təqdim olundu. Nolan həm də verilişin aparıcısı Stiven Kolbertlə müsahibə verərək layihə haqqında danışdı.
Kimlər çəkilir?
“Odisseya”da əsas rolları:
- Matt Damon — Odissey (İtakanın padşahı);
- Tom Holland — Telimax (Odisseyin oğlu);
- Anne Hathaway — Penelopa (Odisseyin həyat yoldaşı).
Bundan əlavə, filmdə Robert Pattinson, Lupita Nyong’o, Zendaya, Charlize Theron, Jon Bernthal, Benny Safdie, Himesh Patel, Mia Goth, Elliot Page, Bill Irwin, James Remar, Corey Hawkins, Samantha Morton və John Leguizamo da çəkilib.
Çəkilişlər necə aparılıb?
Nolanın ənənəsinə uyğun olaraq, “Odisseya” çəkilişləri yalnız IMAX kinokameraları ilə aparılıb. Bu dəfə isə daha yüngül və səs-küylü versiyadan istifadə olunub ki, bu da post-prodakşnda səslərin yenidən dublyaj edilməsini azaldır. Çəkilişlər keçən il fevraldan avqusta qədər davam edib. Məkanlar isə müxtəlif ölkələrdə — Mərakeşdə, Yunanıstanda, İtaliyada, İslandiyada, Şotlandiyada və Universal studiyasının su anbarında yerləşib.
Komanda kimlərdən ibarətdir?
Nolanın uzunmüddətli tərəfdaşları layihəyə qayıdıb: operator Hoyte van Hoytema, vizual effektlər üzrə supervisor Endryu Cekson, montajçı Cennifer Leym və bəstəkar Lyudviq Göransson.
Rejissor, ssenarist və prodüser olan Nolanla yanaşı, onun həyat yoldaşı Emma Tomas da Syncopy şirkəti vasitəsilə layihənin prodüserliyini edir. Tomas Heyslip isə icraçı prodüser təyin olunub.
“Odisseya”nın kinotarixi
Homerin eposuna əsaslanan “Odisseya” müxtəlif vaxtlarda müxtəlif formatlarda ekranlaşdırılıb. Məsələn:
- 1954-cü ildə Kirk Duqlasın Ulis rolunda çəkildiyi italyan filmi;
- 1981-ci ildə fransız-yapon animasiya serialı “Ulis 31”;
- 1997-ci ildə Armend Assante Ulis rolunu ifa etdiyi, Ceyms Hensonnun məxluqları ilə tanınan iki hissəli televiziya miniserialı.
Premyera tarixini qeyd edin
“Odisseya” kinoteatrlarda 17 iyul tarixində göstəriləcək.