Filadelfiya Eagles-də 9 nömrəli forma artıq uzun müddət boş qalmışdı. Super Bowl LII-nin ən dəyərli oyunçusu (MVP) Nik Fouls bu formanı geyinmiş sonuncu idi. 2018-ci ildə Foulsun liderliyində Eagles tarixində ilk dəfə Super Bowl qazanıb.
Bu mövsüm isə 9 nömrəli formanı ilk dəfə Makai Lemon geyinəcək. Eagles-in 2026-cı il draftında 20-ci pillədə seçdiyi Lemon, draftdan əvvəlki mövsümdə Biletnikoff Mükafatını qazanıb. O, 2025-ci ildə USC-də çıxış edərkən 79 qəbulda 1,156 yard və 11 touchdown qeydə almışdı.
Lemon, draftdan sonra jurnalistlərə verdiyi müsahibədə, Foulsla telefonla danışdığını və onun 9 nömrəli formanı geyinmək üçün razılığını aldığını bildirib. “Mən 9 nömrəli formanı layiqincə təmsil edəcəyəm”, – deyə o, qeyd edib.