Rivian şirkəti Gürcüstan ştatında tikdirdiyi elektrikli avtomobil fabrikinin istehsal həcmini yenidən nəzərdən keçirib. Şirkət əvvəllər bu fabrikinin ildə 400 min avtomobil istehsal etməsini planlaşdırırdı. Bu məqsədlə obyekt iki mərhələdə tikilməli idi — hər mərhələdə ildə 200 min avtomobil istehsalı nəzərdə tutulurdu.

Lakin şirkət indi ildə cəmi 300 min avtomobil istehsal edəcəyini bildirib. Bu qərar ABŞ Enerji Departamenti ilə imzalanmış yeni kredit müqaviləsi ilə əlaqədardır. Beləliklə, əvvəllər razılaşdırılmış 6,6 milyard dollar əvəzinə, Rivian-a indi 4,5 milyard dollar kredit verilməsi nəzərdə tutulur. Bu dəyişiklik Biden administrasiyasının son günlərində razılaşdırılmışdı.

Rivian həmçinin bildirib ki, əvvəllər planlaşdırılan müddətdən daha tez bir şəkildə ildə 300 min avtomobil istehsal həmininə nail olacaq.

Mənbə: The Verge