AMD, FidelityFX Super Resolution (FSR) adlanan qrafik texminat texnologiyasının dördüncü versiyasını keçən il təqdim edərkən, bu yeniliyin yalnız RDNA4 arxitekturalı Radeon RX 9000 seriyası GPU-larına gələcəyini bildirmişdi. Bu qərar, köhnə Radeon GPU-larının istifadəçilərini məyus etmişdi.
Hazırda AMD tərəfindən yalnız bir neçə 90 seriyalı qrafik kartı istehsal olunur. Bunlara RX 9070 XT, RX 9070, 8GB və 16GB RX 9060 XT daxil olmaqla, istifadəçilərə deyil, əsasən şirkətlərə yönəlmiş RX 9060 da daxildir. Həmçinin, bu siyahıda Steam Deck kimi oyun konsollarında və incə dizaynlı laptoplarda istifadə olunan inteqrasiya olunmuş GPU-lar yer almırdı.
Lakin AMD-nin Computing and Graphics bölməsinin baş direktor müavini Jack Huynh tərəfindən edilən son açıqlamaya görə, FSR 4 texminatının köhnə GPU-lara da gələcəyini təsdiqlədi. Bu yenilikdən ilk növbədə RDNA3 və RDNA 3.5 arxitekturalı GPU-lar istifadə edəcək. Bu qrupa Radeon RX 7000 seriyası ilə yanaşı, Radeon 890M və Radeon 8060S kimi inteqrasiya olunmuş GPU-lar da daxildir.
Yeni texnologiyanın istifadəyə verilməsi isə iyul ayında başlayacaq. Bu qərar, istifadəçilərin daha qədim GPU-lardan da yüksək keyfiyyətli qrafiklərdən istifadə etməsinə imkan yaradacaq.