Apple və Intel arasında yeni bir müqavilə üzrə danışıqlar gedir. Bu razılaşmaya əsasən, Intel Apple cihazları üçün çiplər istehsal edəcək. Məlumatı The Wall Street Journal yaydı.

Apple, əvvəllər Intel-ə əsaslanan kompüterlərdən imtina etmiş və Apple Silicon-ə keçmişdi. Lakin indi iki şirkət yenidən sıx əməkdaşlıq etməyə hazırlaşır.

Bu qərarın arxasında Intel-in yeni CEOsu Lip-Bu Tan-ın təyinatı və ABŞ hökumətinin şirkətdə 10% paya sahib olması dayanır. Məlumatlara görə, müqavilənin şərtləri hələlik tam müəyyənləşməyib. Apple və Intel isə bu məsələdə rəsmi şəkildə açıqlama verməyib.

Bloomberg də bu xəbəri təsdiqləyib. Detallar haqqında məlumatlar artdıqca, biz də sizləri məlumatlandırmağa davam edəcəyik.

Mənbə: The Verge