2026-cı il FIFA Dünya Kuboku zamanı nəqliyyat xərcləri astronomik səviyyəyə qalxacaq. ABŞ-də, xüsusən də Boston və Nyu-Cersidə avtobus və qatar biletləri adi qiymətlərindən üç dəfə çox olacaq.

Turnirin açılış matçı 11 iyun tarixində başlayacaq və 16 şəhərdə keçiriləcək. Matçlara biletlərin qiyməti artıq yüksək olsa da, bəzi şəhərlərdə nəqliyyat xərcləri də hədsiz dərəcədə artırılıb. Nyu-Cersid və Boston isə bu sahədə lider mövqeyindədir. Bu isə Şotlandiya azarkeşlərini qəribə həll yollarına yönəldib.

Şotlandiya azarkeşlərinin qəribə həlli

Şotlandiyanın ilk matçı 14 iyunda Haiti ilə, ikinci matçı isə 23 iyunda Mərakeşlə olacaq. Matçlar Massaçusets ştatının Foksboro şəhərində keçirilib, Boston şəhərindən təxminən 80 km məsafədə yerləşir.

Boston şəhərində qalan azarkeşlər üçün qatar biletləri 80 dollar, avtobus biletləri isə 90 dollar olacaq ki, bu da adi qiymətlərdən üç dəfə çoxdur.

Bu yüksək qiymətlərdən yayınmaq üçün yüzlərlə Şotlandiya azarkeşi 20 məktəb avtobusu icarəyə götürüb. Onlar Boston şəhərində deyil, sərhəddə yerləşən Providens şəhərində qalacaqlar. Qrupun məlumatına görə, azarkeşlər artıq oyunlara gedib-gəliş üçün hər bir məktəb avtobusunda 38 dollar ödəyəcəklər.

Həmçinin, yerli polis məktəb avtobuslarını şəhərdən çıxarıb magistral yoluna qədər müşayiət etməyə razılaşıb.

Digər şəhərlərdə nəqliyyat qiymətləri necədir?

Bu, nəqliyyat xərclərinin ən yüksək olduğu hallardan biri olsa da, digər şəhərlərdə də vəziyyət çox fərqli deyil. Məsələn, 27 iyun tarixində Nyu-Cersid şəhərində İngiltərə və Panama arasında qrup oyunları keçiriləcək. Manhetten şəhərindən matça gedən azarkeşlər üçün adi halda 12.60 dollar olan qatar bileti, bu dəfə 150 dollara satılacaq.

Lakin bütün şəhərlərdə belə yüksək qiymətlər tətbiq olunmur. Kaliforniya ştatında Klermont və Simi Velli şəhərlərindən SoFi Stadionuna avtobus və qatarla getmək üçün biletin qiyməti il boyu olduğu kimi 1.75 dollar olaraq qalacaq. Dallas şəhərində isə Trinity Railway Express xətti yerli oyunlara gedənlər üçün adi 6 dollarlıq bilet qiymətlərini saxlayacaq. Atlantada isə Mercedes-Benz Stadionuna gedib-gəliş üçün bir istiqamətli biletlərin qiyməti 2.50 dollar olacaq.

Mənbə: CarScoops