Videooyunların kinoya adaptasiya olunması trendinin artması ilə əlaqədar olaraq, Battlefield seriyasının da böyük ekrana çıxması üçün ciddi addımlar atılır. The Hollywood Reporter tərəfindən yayılan məlumatlara görə, layihənin prodüserliyini və mümkünlükdə baş rolunu Oscar mükafatçısı Michael B. Jordan (Sinners) öz üzərinə götürəcək. Rejissorluq və ssenari müəllifliyini isə Christopher McQuarrie (Mission: Impossible seriyası) həyata keçirəcək.

Layihənin prodüserliyini isə videooyun şirkəti EA dəstəkləyəcək. Bu addım, son vaxtlarda kinoya adaptasiya olunan videooyunların böyük uğur qazanması ilə əlaqədardır. Hazırda Battlefield filminin çəkiliş heyəti müxtəlif studiya və streamerlərlə görüşlər keçirərək, layihə üçün ən yaxşı təklifi almağa çalışır. Cümə günü aparılan görüşlərdə AppleSony də iştirak etmişdir.

Layihənin əsas prioriteti isə filmin kinoteatrlarda göstərilməsidir. Bu qərarın səbəbi isə Battlefield videooyununun sonuncu hissəsinin böyük uğur qazanmasıdır. Battlefield 6, 2025-ci ildə ən çox satılan videooyun olaraq tarixə keçmişdir. İlk üç günündə 7 milyondan çox nüsxəsi satılan oyun, ilin sonunda 20 milyondan çox satış həddini keçmişdir. Bu nəticələr, Battlefield filminin də böyük marağa səbəb olacağını göstərir.

Maraqlıdır ki, həmin vaxtda Call of Duty filminin də kinoteatrlarda göstərilməsi planlaşdırılır. Paramount tərəfindən çəkiləcək filmdə ssenari müəllifliyi və prodüserliyini Taylor Sheridan (Yellowstone), rejissorluğunu isə Peter Berg (Friday Night Lights) həyata keçirəcək. Call of Duty filmi 2028-ci ilin 30 iyun tarixində ekranlara çıxacaq.

Mənbə: Engadget