Los-Ancelesdəki Palisades yanğınından sonra Spenser Pratın seçki kampaniyası üçün çəkdirdiyi reklamda göstərdiyi Aystrim treylerində heç vaxt yaşamadığı məlum oldu. TMZ-in yaydığı məlumata əsasən, keçmiş televiziya ulduzu və Los-Anceles meri postuna namizəd olan Prat, son bir aydan çoxdur Hotel Bel-Air lüks otelində qalıb.
Pratın həyat yoldaşı Heidi Montag və uşaqları isə Los-Ancelesin şimalında yerləşən Karpinteriyada qalır.
Reklamda treyler qarşısında duran Pratt, "Bu mənim yaşadığım yer" deyərək, rəqiblərinin evlərini Palisades yanğınında yanan mülkü ilə müqayisə edib. Lakin o, bu sözləri deməsinə baxmayaraq, heç vaxt treylerdə yaşamadığını bildirib:
"Mən heç kimə treylerdə yaşadığımı demədim."
Prat sosial şəbəkədə yerləşdirdiyi paylaşımda isə bu məsələyə diqqət çəkib:
"Nə üçün mənim otelə ehtiyacım olduğunu danışmaq istəmirlər? Karen Bass mənim evimin yanmasına icazə verdi. Həmçinin 6 min qonşumuzun da. NBD."
Siyasi mübarizə aparan Spenser Pratın bu bəyanatı ictimaiyyət arasında müzakirələrə səbəb olub.