Texnologiya gigantı Google, süni intellekt məhsullarının psixi sağlamlığa təsirinə görə artan təzyiqlərlə qarşılaşır. Bu məsuliyyətlə əlaqədar şirkətin klinik direktoru Megan Jones Bell, süni intellektin psixi böhran keçirən istifadəçilərə dəstək olmaqda vacib rol oynaya biləcəyini bildirdi.

Jones Bell, STAT-ə verdiyi müsahibədə qeyd etdi:

"Bəzən bir şeyi bağlamaq zərərlərin qarşısını almaq yolu kimi görünə bilir. Lakin bizim yanaşmamız, məhsul təcrübəsini daha təhlükəsiz və faydalı etmək, insanları dəstəkləyən körpünü möhkəmləndirməkdir. Bu, ən çox sayda insanın psixi sağlamlığını dəstəkləməyin daha effektiv yoludur."

Google, Gemini tətbiqində yeniliklər həyata keçirərək, istifadəçinin özünə zərər vermə riski olduğunu aşkar etdikdə, dərhal krizis xəttlərinə yönləndirməni asanlaşdırdı. Süni intellekt, psixi sağlamlıq mövzularında danışıqlar zamanı istifadəçiləri kənar mənbələrə yönləndirsə də, onları tək qoymur. Məsələn, bot istifadəçiyə "Mən sizi dinləyirəm" kimi mesajlar göndərməyə davam edir.

Mənbə: STAT News