Stellar Blade franşizasının əsas qəhrəmanı Evin yeni macərası haqqında məlumatlar açıqlanıb. Bu dəfə oyun, Shift Up tərəfindən özü nəşr ediləcək və müstəqil inkişaf yoluna qədəm qoyacaq.

İlk Stellar Blade, Metacritic-də 81 bal, istifadəçi rəylərində isə 9.1 bal toplamışdı. PlayStation tərəfindən nəşr edilən oyun, konsol üçün müddətli eksklüzivliyə malik idi. Lakin növbəti hissədə bu dəyişəcək.

Shift Up tərəfindən verilən məlumata görə, inkişaf prosesi plan üzrə davam edir və hədəf keyfiyyət standartlarına uyğun şəkildə tamamlanacaq. Bundan əlavə, şirkət növbəti oyunu özü nəşr edəcəyini təsdiqləyib.

"Bu növbəti oyundan başlayaraq, Shift Up birinci tərəf xidmət modelinə keçid edir. Bu qərar, franşizanın fərqli identikliyini tam şəkildə əks etdirən marketing strategiyalarına imkan verəcək və onun unikal aləminin oyunçulara daha effektiv şəkildə çatdırılmasını təmin edəcək."

Oyunun əvvəlki hissəsindəki uğuruna əsaslanaraq, Shift Up, "Qlobal auditoriyaya çıxış etmək və satışları maksimuma çatdırmaq üçün optimal marketinq strategiyası hazırlayırıq" deyə qeyd edib.

Müəllif tərəfindən qeyd edilənə görə, Stellar Blade-in döyüş sistemi çoxdan bəyənilib, lakin əsas müzakirə mövzusu Evin seksiliyinə yönəlmişdi. Bu səbəbdən, şirkətin növbəti hissədə fərqli marketing strategiyasından istifadə edəcəyi ehtimal olunur.

Mənbə: Destructoid